Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:10

Avqustun 28-nə keçən gecə baş vermiş qasırğa Ağdam, Bərdə və Tərtər rayonlarında ciddi fəsadlar törədib.

APA-nın xəbərinə görə, ötən gecə yağışla müşahidə olunan güclü külək, ağacları qopararaq elektrik naqillərinin üzərinə salıb.

Nəticədə bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov Çəmənli və İmamqulubəyli kəndlərindən tikililərə zərər dəyməsi barədə məlumat daxil olduğunu deyir: “Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar daşınır, yolların açılması və elektrik naqillərinin bərpası ilə bağlı iş aparılır.”

Avqustun 27-də Daşkəsəndə baş vermiş qasırğa burda da eyni fəsadlar törətmiş, binalar, evlər, yol və elektrik təchizatında ciddi zərər vurmuşdu.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, avqustun 28-də bəzi dağətəyi rayonlarda və dağlıq ərazilərdə axşamdan şimşək çaxacağı, yağış yağacağı gözlənir.

Qubada sel uşağı aparıb

Avqustun 27-də Qubanın Ördüc kəndinə güclü dolu düşüb və nəticədə sel yaranıb. Məlumata görə, sel 1 uşağı və 30-a yaxın xırdabuynuzlu mal-qaranı aparıb.

14 yaşlı kənd sakini Şahid Orucov qoyun və keçiləri dərədə otaran zaman selə tuş gəlib. Şahid heyvanları xilas etmək istəyərkən, özü də selə düşüb. Onu yaxınlıqda olan kənd sakinləri xilas edublər. Şahid Orucov baş nahiyəsindən xəsarət alıb.

"Report" xəbər verir ki, güclü dolu paxla və kələm sahələrinə də ziyan vurub. Hazırda kənddə işıqlar sönüb, rayona gedən yolda maşınların hərəkəti çətinləşib.

Dünən ölkə ərazisində müşahidə olunan hava şəraiti Tovuzun təmas xəttində yerləşən kəndlərində də ciddi fəsadlar yaradıb, bəzi evlərin, ticarət obyektlərinin dam örtüyü dağılıb.

İldırım transornatoru vurdu

Güclü külək Qovlar qəsəbəsində yanğına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, 10-a yaxın kəndi elektrik enerjisi ilə təchiz edən “Azərişıq” ASC-yə məxsus transformator ildırım vurması nəticəsində yanıb. Əraziyə FHN-in yanğınsöndürən maşınları cəlb olunub. Nazirliyin məlumatına görə, yaxınlıqdakı digər transformatorlar yanğından mühafizə olunub.

Hazırda rayona elektrik enerjisi verilişində fasilələr yaranıb. Problemin günün sonuna qədər aradan qaldırılacağı bildirilir.

Qasırğa Bakı-Qazax avtomagistralının bir neçə saatlıq bağlanmasına da səbəb olub. Aşağı Quşçu kəndində iri ağacın qırılıb yola düşməsi avtomobillərin hərəkətini çətinləşdirib. Gecə saatlarında əraziyə cəlb edilən texnika və canlı qüvvə yolda hərəkəti bərpa edə bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG