Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

Avqustun 27-də müstəqilliyinin 25 illiyini qeyd edən Moldovada aksiyaçılarla polis arasında qarşıdurma olub.

Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Prezident Nicolae Timofti Moldova qəhrəmanı Stephen the Great-in heykəli qarşısına əklil qoyarkən etirazçilar “Oğrular! Ayıb olsun!” şüarları səsləndiriblər.

Amma qarşıdurmada xəsarət alan olmayıb.

Prezident çıxışında ölkədəki gərginlik və onun ərazisinin bir hissəsinin xarici qüvvələr tərəfindən zəbtindən danışıb.

O, bununla Moldovanın şərqindəki Dnestryanı bölgəni nəzərdə tutur.

Hazırda bu bölgədə 1000 Rusiya əsgəri var.

Moldova 1990-ci illərdə SSRİ-nin dağılması ilə müstəqillik qazandıqdan sonra əhalisi əsasən ruslar olan bu bölgədə etirazlar başladı və bu az sonra silahlı münaqişəyə keçdi.

Nəticədə Moldova bu əraziyə nəzarəti itirdi.

Bundan sonra Rusiya Dnestryanı regiona sülhməramlı qüvvələr yeritdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG