İtaliyada zəlzələ qurbanları üçün dəfn mərasimi keçirilir
Avqustun 27-də İtaliyada zəlzələ qurbanlarının rəsmi dəfn mərasimi keçirilib. Qurbanlardan 35 nəfərinin cəsədi Ascoli Piceno şəhərində stadiona gətirilib, orada vida mərasimində Baş nazir Matteo Renzi də iştirak edib. Avqustun 24-də Amatrice şəhərində baş verən zəlzələdə azı 290 nəfər həlak olub.