Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:36

'Miqrantlar öz ölkələrinə qaytarılmalıdır'


Almaniyada qaçqınlar
Almaniyada qaçqınlar

Bavariyanın maliyyə naziri Markus Söder bildirib ki, Almaniyada yerləşən yüz minlərlə qaçqın üç il ərzində öz ölkələrinə qaytarılmalıdır. O, «Der Spiegel» jurnalına verdiyi müsahibəsində bildirib ki, miqrantların əksəriyyəti yerli cəmiyyətə heç cür inteqrasiya ola bilmir.

Söder-in sözlərinə görə, Yaxın Şərqdə artıq təhlükəsiz ərazilər mövcuddur. Qaçqınlarla bağlı qanuna görə, miqrantlar qaçqınlıq üçün səbəb yoxsa, öz vətənlərinə qaytarıla bilərlər.

Ötən il Yaxın Şərqdən gələn bir milyondan çox qaçqın Almaniyadan sığınacaq istəyib. Hazırda ölkə hakimiyyəti «açıq qapı» siyasətinə görə sərt tənqidlərlə üzləşib.

XS
SM
MD
LG