Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:10

İki gündə üç intihar xəbəri


Foto illüstrasiya
Foto illüstrasiya

Son iki gündə ölkə ərazisində ilkin olaraq intihar kimi qiymətləndirilən üç hadisə baş verib.

Nəticədə iki nəfərin öldüyü, bir nəfərinsə ağır durumda xəstəxanaya yerləşdirildiyi deyilir.

APA-nın xəbərinə görə, avqustun 27-də Xaçmaz rayonunun Bəbəli kənd sakini Tural Vəliyev asılmış vəziyyətdə tapılıb. Həyatını itirən T.Vəliyevin 30 yaşı varmış.

Bundan əvvəl - avqustun 26-da isə Bakıda 36 yaşlı kişinin intihar etdiyi bildirilir. «Report»un xəbərinə görə, hadisə rayonun Binə qəsəbəsindəki Atçılıq sovxozunda qeydə alınıb. İlkin məlumatlara görə, 36 yaşlı Ramil Həsənov özünü həyətlərindəki çardaqdan asıb.

40 yaşlı Mail Məmmədovun isə odlu silahdan özünə atəş açmaqla intihar etmək istədiyi bildirilir. Ağır bədən yarası alan Mahiri ailə üzvləri dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırıblar.

Əməliyyat olunan M. Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Hər üç faktla bağlı cinayət işi açılıb, təhqiqat gedir.

XS
SM
MD
LG