Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:33

Moskvada miqrantlar yanğında həlak oldu (Video)


Moskvada mətbəə binasında başlayan yanğın nəticəsində 17 adam həyatını itirib.

«Interfax» xəbər verir ki, yanğınsöndürənlər hadisə yerindən 16 meyit tapıblar, xəstəxanaya aparılmış bir yaralı isə orda vəfat edib.

İlkin məlumatlara görə, həlak olanların əksəriyyəti MDB ölkələrindən olan miqrantlardır, onlar mətbəənin binasında yaşayıb işləyirmişlər. «TASS» agentliyi onların Rusiyada qeyri-qanuni yaşadıqlarını bildirir.

Yanğın 200 kv.metri əhatə edib. Hadisənin qısaqapanmadan baş verdiyi güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG