Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:03

İran itirdiyi neft bazarını geri qaytarmağa çalışır


Bijan Zanganeh
Bijan Zanganeh

İran OPEK üzvləri ilə neftin qiyməti ilə bağlı əməkdaşlıq edəcək, ancaq iqtisadi sanksiyalar nəticəsində itirdiyi bazarı bərpa etmək səylərindən də əl çəkməyəcək.

Neft naziri Bijan Zanganeh-in bu fikirlərini «Shana» xəbər agentliyi yayıb. Onun sözlərinə görə, İran OPEC-lə neftin qiymətini artırmaqla bağlı əməkdaşlıq edəcək, ancaq onlar ümid edirlər ki, itirilmiş bazarı qaytarmaq istəkləri anlayışla qarşılanacaq.

«İran xam neftin qiymətlərində stabilliyin pozulmasında rol oynamayıb», - B.Zanganeh deyib və əlavə edib ki, 2014-cü ildə bazarda yaranmış qeyri-stabil vəziyyətdən İran neft ixracında gündə 1 milyon barrel neft itirib: «Biz gözləyirik ki, kim neft bazarının stabilliyini pozub, o da sabitliyin bərpası üçün üzərinə yüksək məsuliyyət götürsün», - nazir deyib.

Bu ilin yanvarında sanksiyalar qalxandan sonra Tehran gündəlik neft ixracatının iki dəfə qalxdığını və 2.7 milyon barrel olduğunu bildirib.

XS
SM
MD
LG