Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:04

Kerry və Lavrov 12 saat Suriyadan danışıblar


J.Kerry və S.Lavrov
J.Kerry və S.Lavrov

Avqustun 26-da John Kerry və Sergei Lavrov Cenevrədə 12 saat Suriyada hərbi və humanitar istiqamətlərdə Moskva və Vaşinqtonun əməkdaşlığını müzakirə ediblər.

ABŞ dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un apardığı danışıqlarda ölkələrin mövqeləri və prinsipial məqamlar barədə açıqlama verilməyib. John Kerry yalnız onu deyib ki, bəzi aydınlıqlar gətirilib, ancaq Suriya vətəndaşlarını qane edənədək razılaşma əldə etməyə tələsməyəcəklər.

Sergei Lavrov amerikalı həmkarının fikirlərini təsdiqləyib, deyib ki, zorakılığın dayandırılması üçün onlar «çox vacib addımları» müzakirə ediblər: «Fikrimcə, yaxın vaxtda səylərimizin bəhrəsini görəcəyik».

Ancaq Kerry vurğulayıb ki, onlar Suriyada atəşkəslə bağlı vəziyyətin necə inkişaf etdiyini izləyəcəkləri üçün ilkin razılaşmanı vaxtından əvvəl açıqlamaq istəməzdilər.

Vaşinqton Rusiyanın Suriya hökumətinə qarşı üsyançıların mövqelərinə hücum etməsindən narahatdır. Ötən həftə Rusiya Hələbə ABŞ koalisiyasının dəstəklədiyi humanitar yardımın çatdırılması üçün döyüşlərə ara verib.

Suriyada 5 ildir davam edən müharibədə 290 mindən çox adam ölüb, milyonlarla insan evini tərk edib. Avropada miqrant böhranı yaranıb.

Kerry və Lavrov vurğulayıb ki, Suriyadakı böhrana qarşı siyasi həmrəylik tapmaq üçün yeni danışıqlara ehtiyac var.

XS
SM
MD
LG