Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 14:01

-

Avqustun 26-da Bakı şəhər Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin kredit borcu olan Mübariz Bayramovun 5 gün müddətinə inzibati qaydada həbs edilməsi haqqında qərarını qüvvədə saxlayıb.

Vəkil Əkrəm Həsənovun “Turan” Agentliyinə deyib ki, məhkəmənin qərarı qanunsuz, həm də onun üçün gözlənilən olub.

“Bu məsələdə “Unibank”ın pərdəarxası canfəşanlıq etməsini bilirdim. Sıragağün (24 avqust) Mübarizi evindən məcburi məhkəməyə gətirəndə “Unibank”ın əməkdaşı ona deyib ki, “hanı indi Əkrəm, hanı “Antikollektor”, kömək edə bilirlər sənə?” Bu, bir daha sübut edir ki, M.Bayramovun həbsi qisasdır və digər borcluları qorxutmağa hesablanıb”.

Vəkil Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir.

Nərimanov Rayon Məhkəməsi avqustun 24-də kredit borcunun ödəməkdən imtinanın obyektiv səbəbləri olmaması ilə bağlı qərar çıxarıb.

Amma vəkil qeyd edir ki, Mübariz Bayramov işsizdir və heç bir gəliri yoxdur.

M. Bayramov “Unibank”dan 3 min manat kredit götürüb. Amma devalvasiyalardan sonra kreditin vaxtında ödənilməsi mümkün olmayıb.

Hüquqçular hesab edir ki, kredit mülki-hüquqi məsələdir. Belə mübahisələrə görə, borclunun həbs edilməsi qanunsuzdur.

Məhkəmədən müştərisinin həbsini istəyən “Unibank”dan isə bu məsələ ilə bağlı ictimaiyyətə , hələlik, hər hansı açıqlama verilməyib. Üstəlik, bank M. Bayramovun hüquqlarını müdafiə edən Əkrəm Həsənovun da açıqlamalarına münasibət bildirməyib.

XS
SM
MD
LG