Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:56

-

Avqustun 26-da 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin cəzasının qüvvədə qaldığı məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu haqda “Turan” Agentliyinə onun vəkili Fəxərddin Mehdiyev məlumat verib.

Cinayət Məcəlləsinin 178-ci maddəsinə dəyişiklik edildiyindən, A.Yusifli barəsindəki maddənin tövsifi 178.3.2-dən 178.2-yə dəyişdirilib. Yeni maddənin sanksiyasında 5 min manata qədər cərimə və 3 ildən 7 ilədək həbs nəzərdə tutulur.

Asif Yusiflinin vəkilləri onun cəzasının dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdilər. Ancaq Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva həbs müddətini dəyişdirmədən (6 il azadlıqdan məhrumetmə) saxlayıb.

A.Yusiflinin vəkilləri həmin qərardan şikayət veriblər.

Vəkilin fikrincə, birinci məhkəmə instansiyası Asif Yusiflinin şəxsiyyətini nəzərə almalı, onun cəzasını azaltmalı idi. Apellyasiya şikayətində qərarın ləğvi, cəza müddətinin dəyişdirilməsi istənilir.

Asif Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanıb. İttihamnamədə bildirilir ki, iş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A. Yusifliyə 6500 manat verib.

Məhkəmə prosesi zamanı Rafiq Hüseynov etiraf edib ki, pulu alıb və A. Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib.

Lakin 2015-ci il iyulun 30-da A. Yusifli fırıldaqçılıqda və sənədləri saxtalaşdırmaqda təqsirli bilinib və 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Azərbaycan Ali Məhkəməsi 2015-ci il mayın 4-də Asif Yusiflinin kassasiya şikayətinə baxıb və cəza müddətini 1,5 il azaldıb.

Qarabağ əlili olan Asif Yusifli ittihamı qəbul etmir, bunu siyasi sifariş hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG