Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 00:37

-

“Ali təhsil müəssisələrinə maliyyə muxtariyyəti verilib və ödəniş qaydalarının müəyyənləşdirilməsi onların səlahiyyətindədir”, Təhsil Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavabında bildirir.

2016-2017-ci tədris ilində dövlət ali məktəblərin ödənişli ixtisaslarına qəbul olan tələbələr arasında illik təhsil haqqını ödəməkdə çətinliklə üzləşənlər var.

AzadlıqRadiosunun bu problemlə bağlı rəyini öyrəndiyi universitetlər bildirmişdilər ki, ümumi qaydaya görə, birinci kursa qəbul olunan tələbələr illik təhsil haqqını ödədikdən sonra onların sənədləri qəbul edilir. Yalnız yuxarı kursların tələbələri illik təhsil haqqını büdcələrinə uyğun il ərzində ödəyə bilərlər.

Təhsil Nazirliyi isə AzadlıqRadiosuna bildirib ki, 2010-2011-ci ildən ali məktəblərə adambaşına maliyyələşdirmə mexanizmi tətbiq edildiyindən ali təhsil qurumlarına maliyyə muxtariyyəti verilib.

“Bununla əlaqədar, ayrı-ayrı ixtisaslar üzrə təhsil haqlarının və onların ödəniş qaydalarının müəyyənləşdirilməsi ali təhsil müəssisələrinin öz səlahiyyətindədir. Təhsil haqlarının ödənilməsi şərtləri təhsilalanlarla ali təhsil müəssisəsi arasında bağlanmış müqavilə ilə tənzimlənir”, nazirlik açıqlamasında bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG