Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:06

-

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İsmayıllı rayonunda təşkil olunan Qızların Liderlik Təşəbbüsü düşərgəsini ziyarət edib.

ABŞ səfirliyinin avqustun 26-da yaydığı məlumatına görə, bir həftəlik yay düşərgəsi çərçivəsində 7 rayondan (Şəmkir, Ağcabədi, Bərdə, Mingəçevir, Oğuz, Balakən, Zaqatala) olan 8-10-cu siniflərdən 20 qız şagird və yerli müəllimlər bir araya gəlib.

“Düşərgənin təşkilinin məqsədi Azərbaycanın rayonlarında yaşayan gənc qızlarla hüquq maarifləndirilməsi, vətəndaş məsuliyyəti, cinsi bərabərliklə bağlı mövzular ətrafında fikir mübadiləsi aparmaq olub. Liderlik, komanda işi, stereotiplər, cins, icma layihəsinin inkişafı, cəsarət və şəxsi hədəflərin qoyulması kimi mövzular düşərgənin fəaliyyətində diqqət mərkəzində idi”, deyə məlumatda qeyd edilir.

ABŞ səfirliyini və USAID/Azerbaijan (Amerika Beynəlxalq İnkişaf Agentliyi) təmsil edən qadın liderlər düşərgəni ziyarət ediblər. Onlar öz şəxsi hekayələrini və müxtəlif məlumatları qızlarla bölüşərək onlarla interaktiv müzakirələrə qoşulublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG