Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:24

Kerry və lavrov Suriyada hərbi əməliyyatların koordinasiyasını müzakirə edirlər


John Kerry və Sergei Lavrov

John Kerry və Sergei Lavrov

ABŞ Dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei lavrov Cenevrədə Suriyada hərbi əməliyyatların koordinasiya edilməsini müzakirə edirlər.

Moskva ilə Vaşinqton bundan əvvəl bəyan etmişdilər ki, görüşün əsas mövzusu Suriyada hərbi əməliyyatların Koordinasiyası ilə bağlı yekun razılığa gəlmək olacaq.

Danışıqlara BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura da qoşulub.

O ümid edir ki, müzakirələr, avqustun sonunda Suriya ilə bağlı sülh danışıqlarının bərpa edilməsinə gömək edəcək.

BMT-nin hümanitar məsələlər üzrə koordinantoruStiven Obrayen avqystun 26-da bir daha münaqişə tərəflərini Daraya şəhərində mühasirədə olan dinc sakinlərin təhlükəsiz köçürülməsinə təminat verməyə çağırıb.

Bu şəhər paytaxt Dəməşqin ətrafında yerləşir.

Üsyançılarla hökumət qoşunlarının bu ərəfədə evakuasiya barədə razılığa gəldikləri bildirilir.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 290 mindən çox adam ölüb.

XS
SM
MD
LG