Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:26

Türkiyədə törədilən partlayışda ölü sayı 11 nəfərə çatdı


Foto arxiv

Foto arxiv

Türkiyənin cənub-şərqində polis idarəsi qarısında maşının partladılması nəticəsində azı 11 polis ölüb, 78 nəfərsə yaralanıb.

Partlayış Suriyayla sərhəddə yerləşən Cizre şəhərində törədilib.

Bu şəhərdə əsasən kürdlər yaşayır.

Anadolu xəbər agentliyinin məlumatına görə partlayışı kürd yaraqlıları, PKK törədib.

Qeyd edək ki, Türkiyə, Avropa Birliyi və ABŞ PKK-nı terrorçu təşkilat sayır.

PKK 2015-ci ildə atəşkəs sazişindən çıxdıqdan sonra ölkədə bu cür hücumların sayı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG