Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:42

Lavrovla Kerry Suriyada əməkdaşlıqdan danışacaqlar


John Kerry (solda) və Sergei Lavrov (arxiv fotosu)

John Kerry (solda) və Sergei Lavrov (arxiv fotosu)

-

Avqustun 26-da ABŞ-ın Dövlət katibi John Kerry rusiyalı həmkarı Sergei Lavrovla Cenevrədə görüşəcək. Tərəflər Suriyada İslam Dövləti (İŞİD) silahlı qruplaşmasıyla mübarizədə əməkdaşlıqla bağlı razılıq əldə etməyə çalışacaqlar.

Kerry ümidini bildirib ki, bu razılaşma Suriyada döyüşlərin dayandırılmasıyla sonuclanacaq və ölkədə yeni hökumətə keçidlə bağlı danışıqlar yenidən başlanacaq. Kerry bu həftə söyləyib ki, Lavrovla danışıqları “istənilən halda” sona yaxınlaşmaqdadır.

Amma Rusiyanın Xarici İşlər Nazirliyi bu həftə bildirdiyinə görə, ABŞ-ın Al-Qaeda-nın qanadı olan Nusra Cəbəhsiylə savaşmaq istəməsi daha geniş razılaşmanı əngəlləyir.

Avqustun 25-də isə Rusiyanın BMT-dəki səfiri daha barışdırıcı danışıb, deyib ki, Moskva Suriyada kimyəvi silahlarla bağlı insidentlər və digər məsələlərlə əlaqədar Vaşinqtonla hələ də işləmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG