Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 22:34

-

Türkiyənin cənub-şərqində polis idarəsi qarısında avtomobilə qoyulmuş bomba partladılıb, azı 8 nəfər ölüb, onlarla yaralı var.

Partlayış avqustun 25-də Suriyayla sərhəddə yerləşən Cizre şəhərində törədilib. Bu şəhərdə əsasən kürdlər yaşayır.

Partlayışdan çevrik polis idarəsinin binasına ciddi ziyan dəyib. Televiziya kadrlarında şəhər üzərində qatı duman görünür.

Dövlətə məxsus Anadolu xəbər agentliyi partlayışı PKK-nın törətdiyini bildirib. Türkiyə, Avropa Birliyi və ABŞ PKK-nı terrorçu təşkilat sayır.

2015-ci ildə atəşkəs sazişi iflasa uğrayandan Türkiyə təhlükəsizlik qüvvələri ilə PKK arasında toqquşmalar artıb.

İki gün öncə Türkiyə Suriyada ilk geniş quru əməliyyatı başladıb, məqsədin həm İŞİD, həm də kürd yaraqlıları ilə mübarizə olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG