Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:30

Atəşkəslə bağlı 26 avqust açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 13 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Qazax rayonu ərazisindəki mövqeləri atəşə tutulub.
Bundan başqa, Berd rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki, Krasnoselsk rayonundan isə Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG