Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 22:55

Rusiya Hələbdə 48 saatlıq atəşkəsə razılaşır


Hələb, 25 avqust, 2016-cı il

Hələb, 25 avqust, 2016-cı il

-

BMT bildirir ki, Rusiya Suriyanın Hələb şəhərinə yardım çatdırılması məqsədilə 48 saatlıq atəşkəsə razılaşıb, amma münaqişənin digər tərəflərindən də təhlükəsizlik təminatı gərəkir.

BMT Hələbdə hər həftə 48 saatlıq atəşkəs elan olunmasına çalışır. Məqsəd şəhərin 2 milyonluq əhalisinin durumuna yardım göstərməkdir. Amma indiyədək bunu etmək mümkün olmayıb.

BMT-nin humanitar işçi qrupunun rəhbəri Jan Egeland avqustun 25-də jurnalistlərə deyib ki, münaqişənin digər tərəflərindən xəbər gözləyirlər.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura da onun dediklərini təsdiqləyib.

Rusiya Suriya Prezidenti Bashar al-Assad-ın əsas tərəfdarıdır. Assad-a qarşı çıxan üsyançı qrupları isə Qərb və Körfəz ölkələri dəstəkləyir.

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton Hələbdə 48 saatlıq atəşkəsə tərəfdar olsa da, ölkədə ümumilikdə döyüşlərin dayandırılmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG