Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

-

İran gələn ay Əlcəzairdə OPEC-in iclasına qatılacaq. Bunu İranın neft naziri Bijan Zanganeh təsdiqləyib. Həmin iclasda dünyada qlobal neftin qiymətlərinin dəstəklənməsi yolları müzakirə ediləcək.

Nazirin avqustun 25-də verdiyi bu açıqlama neftin qiymətində artım yaradıb, Londonda neftin bareli 62 sent bahalaşaraq 49,67 dollara bərabərləşib.
İran əvvəl deyirdi ki, gündəlik hasilatı sanksiyalardan öncəki həddə, yəni günə 4 milyon barrelə çatdırmaq istəyir. Yanvarda beynəlxalq sanksiyalar qaldırılandan buna doğru gedir və hədəfinə də çatmaqdadır.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, iyulda İran günə 3,6 milyon barel neft çıxarıb. Tehran sanksiyalar qaldırılandan sonra gündəlik neft-qaz ixracını 2,7 milyon barrelə çatdırdığını bildirir.

Apreldə Səudiyyə Ərəbistanı və Rusiya hasilatı dondurmağı təklif etsələr də, İran buna razılaşmadı. Təhlilçilərin fikrincə, indi məqsədinə çatdığından bu təklifə açıq olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG