Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:46

-

Ermənistan hökuməti cənubi Meğri regionunda azad iqtisadi zona yaradılması yönündə İranla iş aparır. Bu barədə avqustun 25-də ölkənin iqtisadiyyat naziri Artsvik Minasyan açıqlama verib.

“İranla azad iqtisadi zonanın yaradılması özəlliklə sərhəd bölgəsində məhsul istehsalı və xidmətlərin çatdırılması baxımından yaxşı platforma olacaq”, deyən Minasyan zonanın nə vaxtdan işə düşəcəyini açıqlamayıb.

Onun sözlərinə görə, bu zona İranla Avrasiya İqtisadi Birliyinin münasibətlərini stimullaşdıracaq. Ermənistan da Rusiyanın başçılıq etdiyi bu qurumun üzvüdür. Eləcə də, bu zonada hazırlanan məhsullar Ermənistanın münasibət yaratdığı Avropa, Birləşmiş Ştatlar, Kanada, İsveçrə və Yaponiya ilə üstün ticarət rejiminin subyektinə çevriləcək.

Nazir deyir ki, məqsəd zonada həm məhsul istehsalını, həm də ixracını genişləndirməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG