Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Avqustun 25-də futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyununda daha bir Azərbaycan klubu mübarizəyə çıxır.

“Qəbələ” səfərdə Sloveniyanın “Maribor” klubu ilə qarşılaşır.

Qeyd edək ki, Roman Qriqorçukun komandası Bakıda keçirilən ilk görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Ona görə də komanda bu görüşün favoriti hesab olunur.

Əgər “Qəbələ” bu mərhələni adlaya bilsə, tarixində ikinci dəfə qrup mərhələsinə çıxacaq.

Oyun bakı vaxtı ilə 22:15-də başlayır.

Görüşü Macarıstandan olan hakimlər briqadası idarə edir.

25 avqust

Pley-off mərhələsinin cavab oyunu

22:15. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan)

İlk oyun -1:3

Baş hakim: Viktor Kaşşai

Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot

Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)

Maribor. "Lyusdki Vrt"

Günün bütün mövzuları

XS
SM
MD
LG