Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

Türkiyə Suriyanın şimalına əlavə tanklar göndərib və bu bölgədə vuruşan ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinə geri çəkilməyi xəbərdarlıq edib.

Məlumatlara görə Türkiyə avqustun 25-də Suriyaya əlavə 20-dan artıq tank göndərib.

Qeyd edək ki, Türkiyənin dəstəklədiyi Suriya üsyançıları bundan əvvəl Türkiyə ilə sərhəddə yerləşən Carablus şəhərini “İslam Dövləti” yaraqlılarından azad ediblər.

Bunu Türkiyə prezidenti Racep Tayyip Erdogan bəyan edib.

Qeyd edək ki, Türkiyə avqustun 24-də Suriya ərazisinə xüsusi təyinatlı qüvvələr və tanklar yeridib.

Türkiyə bəyan edib ki, əməliyyatda məqsəd İslam Dövləti yaraqlılarını şəhərdən çıxarmaq , həmçinin həmin ərazidə fəaliyyət göstərən və şəhərə hücuma hazırlaşanSuriyadakı kürd qüvvələrinin qarşısını almaqdır.

ABŞ Türkiyənin bu addımını dəstəkləyib, həmçininordakı kürd qüvvələrini geri çəkilməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG