Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:24

İtaliyada zəlzələdən ölənlərin sayı artmaqda davam edir.

Mərkəzi avropa vaxtı ilə saat 15-ə olan məlumata görə zəlzəldə ümumilikdə 250 adam ölüb.

Peskara-del Tronto qəsəbəsində demək olar ki, evlərin hamısı dağılıb.

Ölən və xəsarət alanların arasında yerlilərlə yanaşı, istirahətə gələnlər də var.

Bu qəsəbənin cəmi 150 sakini var, amma yay mövsümüntə turistlərin hesabına bir neçə dəfə artır.

Avqustun 25-də Amatriçe şəhərində 15 saattdan sonra dağıntıların altından sağ qalmış 10 yaşlı bir qız çıxarılıb.

Sakinlər burda salınmış müvəqqəti çatır düşərgəsinə köçürülüblər.

Ən çox ziyan Accumoli, Amatrice, Posta, və Arquata del Tronto şəhərlərinə dəyib.

Yeraltı təkanlar Romada da hiss olunub.

Zəlzələdən sonra regionda 5,1 və 5,4 bal kücündə 150-dək təkrar təkanlar olub.

Qeyd edək ki, 2009-cu ildə Laquile şəhərində baş verən zəlzələdə 309 adam ölüb.

XS
SM
MD
LG