Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 14:22

-

Ağ Ev və NATO müttəfiqləri Suriya və İslam Dövləti (İŞİD) qruplaşmasının kimyəvi silahlarla hücumlara görə cavab verəcəklərini deyirlər. Bu hücumları BMT sənədləşdirib.

“İndi Suriya rejiminin sənaye xlorundan xalqına qarşı silah kimi dönə-dönə istifadə etdiyini danmaq mümkün deyil”, BMT-nin Təhlükəsizlik Şurasının sözçüsü Ned Price deyib. Daha öncə, avqustun 24-də BMT-nin təhqiqatının detalları mediada yayılıb.

Sözçü deyib ki, ABŞ BMT-nin beynəlxalq tərəfdaşları ilə işləyəcək, uyğun diplomatik mexanizmlər tapacaq. “BMT-nin bütün üzv ölkələrini və Rusiyayla İran daxil olmaqla, Kimyəvi Silahlar Konvensiyasının tərəfdaşlarını bu işdə iştiraka çağırırıq”.

BMT-nin təhqiqatı üzə çıxarıb ki, Prezident Bashar al-Assad qüvvələri Suriyada azı iki kimyəvi silah həyata keçirib, İŞİD isə iprit qazından istifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG