Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:34

-

Ziya Alar

Alov binalar

Gənc şair Ziya Alar.

Gənc şair Ziya Alar.

Buludları qovar,şimşəklərlə toqquşar,

müasirlik rəmzi olan“Alov binalar”.

İnsan cəhənnəmi anar, yanarsa onlar,

inkişafın simvoludur“ Alov binalar”.

Ziyanın olacaq, söz veribdi şeytanlar,

ölüm sonrası həyatda “Alov binalar”.

Buna da bax: "Ziya Alar. Bəs mənim ondan ötrü aldığım borclarım, kredit?"

Keçmişindən danışma, bu günündən danış

Həyatım...

Yanımda uzan,

arzularından danış.

Səni rahat buraxmayan

planlarından danış.

Hər şeydən, parça-parça,

nəfəsini dər danış.

Keçmişindən danışma.

Keçmişi səhvsiz olmur

üzüyola qızların.

Danış...

Dırnağının rəngindən,

manikür, pediküründən,

üzünün məsumluğundan,

sinənin şuxluğundan.

“Miss of Azerbaijan”la

oxşarlığından danış.

Keçmişindən danışma.

Keçmişi bərbad olur

səntək məsum qızların.

Danış...

Atanın qohumlarından,

bacının uğurlarından,

adlı-sanlı nəslinin

pasan-pusanlarından.

Hər kəsdən :xalalarından,

mərhumlarından danış,

Keçmişindən danışma.

Keçmişi ağrılı olur

saf baxışlı qızların.

Həyatım...

Türk seriallarından,

kinolarından danış.

Səni yada salmayan

tanışlarından danış.

Rəfiqənin bu günkü

bazarlığından danış.

Keçmişindən danışma.

Keçmişdə havada olur

ağlı gözəl qızların.

Danış...

Qonşu gəlinlərindən,

bahalı geyimlərindən.

Fəxriyyə Xələfovanın

ehtizazlı dəbindən.

Qardaşın arvadının

maşınlarından danış.

Keçmişindən danışma.

Keçmişi utanclı olur

əksər qəşəng qızların.

Danış...

Gələcək qızımızdan,

oyuncağından danış.

daha çox hansımıza

çəkəcəyindən danış.

Yuxundakı turlardan,

vijınlarından danış.

Keçmişindən danışma.

Keçmişdə çoxu aldanır

günahsız qızcığazların.

Sən mənim

Sən mənim

hisslərimin drijorusan,

mən sənin

simfonik orkestrnam.

Sən susanda acıyır,

ağlayır emosiyalarım,

güləndə sən azalır,

sağalır simptonlarım.

Sən mənim

düzənsiz harmoniyam,

mən sənin

mistikanın simfonuyam.

Sən küsəndə çoxalır,

öldürür melanxoliyam,

barışanda sən öpüşür,

neytron və protonlarım.

Sən mənim

həyatımın misyonusan,

mən sənin

teatral partnyorunam.

Oynayanda sən bitir,

itir, olan-qalan ağlım,

çıxanda sən obrazdan

unudulur qayğılarım.

Sən mənim

rəngli ensklopediyam,

mən sənin

qaralama dəftərçənəm.

Sən yazanda qarışır,

çaxnaşır düşüncələrim,

oxuyanda sən dalır

xiffətə səhifələrim.

Günün bütün mövzuları

XS
SM
MD
LG