Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:22

'Muradxanlı', 'Cəfərli' və 'Zərdab' yataqları yenidən işə düşüb


Neft buruğu
Neft buruğu

Azərbaycanın quruda yerləşən «Muradxanlı», «Cəfərli» və «Zərdab» neft yataqlarının daxil olduğu blokdan hasilatın pay bölgüsü sazişi çərçivəsində ilk nefti hasil olunub.

Bu barədə AZƏRTAC xəbər yayıb.

Blokdan gündəlik təxminən 300 barrel neft hasil edilib.

Bu il martın 16-da SOCAR və Kanadanın «Zenith Aran Oil Company Limited» şirkətləri arasında «Muradxanlı», «Cəfərli» və «Zərdab» neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və «Zenith Aran Oil Company Limited» şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

Sazişdə «Zenith» şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər.

Saziş 25 il müddətində qüvvədə olacaq.

«Muradxanlı», «Cəfərli» və «Zərdab» yataqları ümumilikdə 642.4 kvadratkilometr ərazini əhatə edir.

«Zenith Aran Oil Company Limited» bütövlükdə «Zenith Energy Ltd.» şirkətinə məxsus olan ortaq şirkətdir.

«Muradxanlı» yatağı 1971-ci ildə, «Zərdab» yatağı 1981-ci ildə, «Cəfərli» yatağı isə 1984-cü ildə İmişli rayonu ərazisində açılıb.

XS
SM
MD
LG