Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 07:44

Cəbhəçi Qarabağ əlili saxlanıb


AXCP
AXCP

Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən İ.Rəsulovun saxlanmasını «Turan»a təsdiq ediblər. Bölmədən bildiriblər ki, o, artıq məhkəməyə aparılıb.

Ancaq II qrup Qarabağ əlili İ.Rəsulovun nədə ittiham edildiyi açıqlanmayıb.

+++

Qarabağ müharibəsi iştirakçısı, II qrup müharibə əlili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İsmayıl Rəsulovun avqustun 24-ü axşam saatlarında saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı danışıb.

O, deyib ki, İ.Rəsulov həm AXCP üzvü, həm də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Qaradağ təşkilatının sədridir.

G.Bayramlı İ.Rəsulovun saxlanmasının səbəbinin məlum olmadığını deyib. «İ.Rəsulov sosial şəbəkələrdə fəal şəxslərdən biridir. Ehtimalıma görə, bu, saxlanmasına səbəb ola bilər»,-deyə o qeyd edib.

Qaradağ Rayon Polis İdarəsindən İ.Rəsulovun saxlanması ilə bağlı deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG