Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:33

'Qarabağ'a qələbə, 'Qəbələ'yə heç-heçə də kifayətdir


'Qarabağ' - 'Viktoriya Plzen' oyunu

'Qarabağ' - 'Viktoriya Plzen' oyunu

Bu gün - avqustun 25-i UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Azərbaycan çempionu «Qarabağ» Bakıda Tofiq Bəhramov adına stadionda «Qöteborq»la qarşılaşacaq.

Qurban Qurbanovun yetirmələri bir həftə öncə səfərdə «Qöteborq»la keçirilən qarşılaşmada rəqibə 1:0 hesabı ilə məğlub olmuşdular.

«Qarabağ» bu qarşılaşmadan qalib ayrılarsa, artıq üçüncü dəfə UEFA Avropa Liqasında qrup mərhələsinə adlayacaq.

«Qarabağ» klubunun rəsmi saytının xəbərinə görə, Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib ki, meydandan qalib ayrılmağa çalışacaqlar:

«DAHA AQRESSİV VƏ SÜRƏTLİ OLMALIYIQ»

«Ən vacib oyunlarımızdan birinə çıxacağıq. Rəqibi daha yaxından tanıdım. Pis hazırlaşmamışıq. Oyunun gedişatında hər hansı düşünmədiyimiz hadisələr baş versə, buna hazırıq. Rəqib çox ciddidir. Geridə olsaq da, iki oyunun nəticəsinə görə qalib gəlməyə çalışacağıq. Müdafiədə diqqətli olmalıyıq. Hücumda oynayacağıq. Rəqibi öz cərimə meydanımızdan uzaq tutmağa çalışacağıq. Daha aqressiv və sürətli olmalıyıq. Çalışacağıq topun sürətini artıraq, boş sahələrdən istifadə edək».

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 20:30-da veriləcək.

Azərbaycanın UEFA Avropa Liqasında pley-off mərhələsində ikinci təmsilçisi «Qəbələ» isə səfərdə «Maribor» klubu ilə üz-üzə gələcək.

Bir həftə öncə Bakıda keçirilən oyundan isə «Qəbələ» 3:1 hesabı ilə qalib ayrılmışdı. «Qırmızı-qaralar» səfərdən də sərfəli hesabla qayıtsalar, ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edəcəklər.

Qarşılaşmadan öncə «Qəbələ»nin baş məşqçisi Roman Hrygorchuk isə deyib ki, Sloveniya klubu öz meydanında daha güclü oynayacaq:

«BİZ MÜDAFİƏ OLUNMURUQ»

«Çünki onların güclü azarkeş dəstəyi olacaq. Bu onlar üçün əlavə müsbət məqamdır. Bizim futbola yanaşmada, fəlsəfəmizdə müdafiə oyunu, öz qapısına qapanma yoxdur. Biz müdafiə olunmuruq. Sabah da buna sadiq qalacaq, hücum edəcəyik. Bu matç hər iki klub üçün çox vacibdir. «Maribor»un futbolçuları da bu görüşə motivasiya olunub. Biz qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik. Əgər hər iki Azərbaycan klubu bunu bacarsa, ölkə futbolu üçün əla olacaq».

Oyun Bakı vaxtı ilə 22:15-də başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG