Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:13

-

İtaliyanın mərkəzində güclü zəlzələ baş verib, azı 247 nəfər öldürülüb, 368 nəfər yaralanıb. Baş nazir Matteo Renzi xəbərdarlıq edib ki, bu rəqəm arta bilər, xilasedicilər axtarışları davam etdirirlər.

Dağıntılar altında çox adamın qaldığı güman olunur, itkin düşənlərin çoxu, əcnəbilər, bu tarixi bölgəyə gəlmiş turistlərdir.

Avqustun 24-də gecə Romanın şimal-şərqində baş verən zəlzələ bir neçə şəhərə ciddi ziyan vurub. Amatris şəhərinin meri Sergio Pirozzi deyib ki, şəhərin yarısı yerlə-yeksan olunub.

Bu şəhərdəki tarixi Roma oteli çöküb, içəridə 70 nəfər olub. Onlardan yalnız 7-nin meyiti çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG