Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:01

ABŞ Dövlət katibi John Kerry Səudiyyə Ərəbistanına gedib.

Onun 16 aylıq Yəmən münaqişəsinə son qoyulması ilə bağlı təklif verəcəyi gözlənilir.

Bu münaqişədə 6500-dən çox adam ölüb ki, onların çoxu dinc sakinlərdir.

Qeyd edək ki, şiyələrdən ibarət Huti qiyamçılar və onların müttəfiqləri ölkənin əksər hissəsini tutduqdan sonra, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə hava zərbələrinə başlayıb və bundan sonra Yəmənə quru qüvvələriyeridib.

Koalisiya qüvvələri bu münaqişədə Yəmən hökumətinin tərəfini saxlayır.

Kerrynin səfəri zamanı Suriyadakı vəziyyət də müzakirə olunacaq.

Kerry bundan əvvəl Nigeriya və Keniyada olub.

Səfər zamanı terrorçuluqla mübarizə məsələsi müzakirə olunub.

XS
SM
MD
LG