Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:32

-

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini Füzuli İsgəndərovun qətli üzrə məhkəmə yekunlaşır. Bu qətlin törədilməsində günahlandırılan isə onun həyat yoldaşı Xalidə İsgəndərovadı.

Bakı Ağır Cinayətlər Məhkəməsində avqustun 24-də bu iş üzrə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. X.İsgəndərovaya verilmiş xüsusi amansızlıqla qəsdən adam öldürmə ittihamının məhkəmədə sübuta yetirildiyini deyən prokuror ona 18 il 6 ay həbs cəzası verilməsini istəyib.

Mərhum məmurun atası isə X.İsgəndərovanın qanunda qadınlar üçün nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini – ona 20 il həbs cəzası verilməsini istəyib.

X.İsgəndərovanın müdafiəçiləri və özü avqustun 26-da keçiriləcək növbəti məhkəmə iclasında çıxış edəcək.

Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olan F.İsgəndərov 2014-cü il sentyabrın 1-də evinə bitişik qarajda 17 bıçaq zərbəsilə qətlə yetirilib. Onun həyat yoldaşı səkkiz ay bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. 2015-ci il aprelin 30-da isə təqsirləndirilən şəxs kimi həbs olunub.

X.İsgəndərova özünü təqsirli bilmir və qətlin evə girən maskalı oğru tərəfindən törədildiyini, həmin şəxsin onun özünə və o zaman azyaşlı olan qızına da bıçaqla xəsarət yetirərək, evdəki qızılları, hadisədən iki gün əvvəl böyük qızının toyundan yığılmış pulları tələb etdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG