Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:12

Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden Türkiyəyə gedib.


Binali Yildirim və Joe Biden

Binali Yildirim və Joe Biden

Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden avqustun 24-də Türkiyəyə səfərə gedib.

O, artıq baş nazir Binali Yıldırımla görüşüb.

Biden , 15 iyul qiyam cəhdi zamanı hücuma məruz qalmış parlament binasına da baş çəkib.

Onun səfər çərçivəsində bir sıra görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, səfər Türkiyə ordusunun Suriya ərazisinə girdiyi günə təsadüf edir.

Türkiyə ordusu avqustun 24-də NATO təyyarələrinin dəstəyi ilə Suriya ərazisinə girib.

ABŞ rəsmisi bundan əvvəl jurnalistlərə, ölkəsinin Türkiyənin Suriyada “İslam Dövləti” qrupuna qarşı keçirdiyi əməliyyata havadan dəstək verəcəyini bəyan edib.

Türkiyə prezidenti Racep Tayyip Erdogansa səfər ərəfəsində bildirib ki, Vaşinqtonun 15 iyul qiyamında ittiham olunan Fətullah Güleni verməməyə haqqı yoxdur və Bidenlə görüşdə bu barədə məsələ qaldırılacaq.

O qeyd edib ki, ABŞ-la Türkiyə strateji ölkələrdir və Güleni verməmək Amerikaya heç nə verməyəcək.

Qeyd edək ki, Vaşinqton bundan əvvəl bildirib ki, Türkiyə Gülenin verilməsi ilə bağlı əsaslı sübutlar göstərməlidir.

Dövlət Departamentinin sözçüsü Mark Toner Gülenin verilməsi ilə bağlı Türkiyədən rəsmi müraciət olduğunu təsdiqləyib, amma sənəddə çevriliş cəhdindən söhbət getmədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG