Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:18

-

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda su təchizatı və sanitariya üzrə investisiya proqramı çərçivəsində 75 milyon dollar məbləğində dördüncü tranşı təsdiq edib.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, dördüncü tranşın vəsaiti Ağdaş və Beyləqanda su infrastrukturunun formalaşdırılması işlərinin başa çatdırılmasına ayrılacaq.

Layihənin ümumi qiyməti 100 milyon dollardır. Layihənin reallaşdırılması üçün yerdə qalan 25 milyon dolları Azərbaycan hökuməti təmin etməlidir.

AİB Direktorlar Şurasının 2009-cu il sentyabrın 23-də verdiyi qərar ilə Azərbaycana cəmi 600 milyon dollar vəsait ayrılması nəzərdə tutulmuşdu.

Bank 525 milyon məbləğində 3 tranşı indiyə qədər ayırıb.

AİB və Azərbaycan hökuməti bu razılaşma ilə ölkədə yarım milyon əhalinin su təchizatı və kanalizasiya işini yaxşılaşdırmağı nəzərdə tuturdu.

Azərbaycan 1999-cü ildən AİB üzvüdür.

Bank indiyədək ölkəyə 59 layihə üzrə 2 milyard 321,62 milyon kredit ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG