Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

Parisə gələn turistlərin sayı kəskin azalıb


Paris
Paris

İslamçı silahlıların hücumları, aksiyalar və sel Parisə gələn turistlərin sayında azalmaya səbəb olub.

2015-ci ilin eyni dövrü ilə müqayisədə şəhərə bu ilin yanvar və iyun ayları arasında bir milyon az turist gəlib.

Paris hər il 16 milyon turisti qəbul edir və dünyanın ən öndə gedən turist şəhərlərindən biri hesab olunur.

Bu azalma nəticəsində büdcə gəlirlərinin 750 milyon avro azalacağı təxmin edilir. Yüksək rütbəli rəsmilərdən biri bunu “fəlakət” adlandırıb.

Fransada illik ÜDM-nin 7 faizindən çoxunu turizmdən gələn gəlirlər təşkil edir.

Parisin də daxil olduğu İle-de-France regionunda təxminən bir milyon insan turizmlə bağlı işlə məşğuldur.

Noyabr ayında özünü İslam Dövləti adlandıran qruplaşmanın Parisdə törətdiyi və 130 nəfərin ölümü ilə nəticlənmiş hücumdan sonra Fransada turizm sənayesinə ciddi ziyan dəyib.

XS
SM
MD
LG