Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 12:18

Türkiyə ordusu NATO təyyarələrinin dəstəyi ilə avqustun 24-də Suriya ərazisində “İslam Dövləti” qrupuna qarşı quru əməliyyatlarına başlayıb.

Əməliyyatın keçirildiyi Cerablus Türkiyəylə Suriya arasında “İslam Dövləti” qrupununnəzarətində olan sonuncu şəhərdir.

Əməliyyata başlanmasını Türkiyə prezidenti Racep Tayyip Erdogan bəyan edib.

Erdogan dəfələrlə bildirib ki, bu günlərdə Qazientepdə, kürdlərin toy məclisində 54 adamın ölümü ilə nəticələnən partlayışın arxasında“İslam Dövləti Qrupu durur.

Türkiyə bundan sonra Suriya ilə sərhəd bölgəsinin yaraqlılardan təmizlənəcəyini bəyan eləmişdi.

Hərbçilərin sözlərinə görə, Türkiyənin xüsusi təyinatlı birləşmələri və tanklar artıq Suriya ərazisinə girib.

Müdafiə nazirliyi əməliyyatdan əvvəl-Türkiyə ərazisindən “İslam Dövləti” qrupuna məxsus hədəflərin məhv edildiyini bildirir.

Həmçinin hərbi-hava qüvvələri yaraqlıların mövqelərinə zərbələr endiriblər.

Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi Suriyadakı kürd birləşmələri və digər üsyançı qruplar ayın əvvəllərində sərhəd bölgəsindəki Manbic şəhərini islamçılardan geri alıblar.

Bu şəhər Cerablusun 40 kilometrliyində yerləşir.

Kürd birləşmələrinin sərhədə yaxınlaşmasından ehtiyat edən Ankara Suriya rejiminə qarşı olan “Azad Suriya ordusu” adlı digər üsyançı qrupa kömək etmək qərarına gəlib və hücuma qoşulmaq üçün onları Qaraqamış şəhərinə toplayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG