Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:13

Daha bir xarici şirkət Azərbaycan bazarını tərk etməyə hazırlaşır. Vergilər Nazirliyinin xəbərinə görə, ABŞ-ın «Booz Allen Hamilton Inc.» şirkətinin Azərbaycandakı filialı ləğv olunur.

Nazirlikdən bildirilib ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami küçəsi, 90A ünvanındakı «Landmark» biznes mərkəzinin VIII mərtəbəsində yerləşən «Baker and McKenzie - CIS, Ltd.» şirkətinə bildirə bilərlər.

«Forbes Blog» 2011-ci ildə bu şirkətiAzərbaycan hökumətini müxalifətçilərin tapılmasına yardım etmək üçün xüsusi proqramla təmin etməkdə günahlandırmışdı. Şirkət həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin biznes tərəfdaşı olub.

«Booz Allen Hamilton Inc.» şirkəti nazirliyinRegional İnnovasiya Zonası (RİZ) layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın icrası ilə bağlı elan etdiyi müsabiqədə də qalib seçilmişdi.

Ötən il dekabrın 21-də baş verən son devalvasiyadan sonra bir sıra xarici şirkətlər Azərbaycandan gediblər. Ekspertlər bunu iqtisadı fəallığın azalması və əhalinin alıcılıq qabiliyyətinin düşməsi ilə də izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG