Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:19

Türkiyə ordusu Suriyaya girir (Video)


Türkiyə ordusu NATO təyyarələrinin dəstəyi ilə avqustun 24-də Suriya ərazisində “İslam Dövləti” qrupuna qarşı quru əməliyyatlarına başlayıb.

Əməliyyatın keçirildiyi Cerablus Türkiyəylə Suriya arasında “İslam Dövləti” qrupununnəzarətində olan sonuncu şəhərdir.

Əməliyyata başlanmasını Türkiyə prezidenti Racep Tayyip Erdogan bəyan edib.

Erdogan dəfələrlə bildirib ki, bu günlərdə Qazientepdə, kürdlərin toy məclisində 54 adamın ölümü ilə nəticələnən partlayışın arxasında“İslam Dövləti Qrupu durur.

Türkiyə bundan sonra Suriya ilə sərhəd bölgəsinin yaraqlılardan təmizlənəcəyini bəyan eləmişdi.

Hərbçilərin sözlərinə görə, Türkiyənin xüsusi təyinatlı birləşmələri və tanklar artıq Suriya ərazisinə girib.

Müdafiə nazirliyi əməliyyatdan əvvəl-Türkiyə ərazisindən “İslam Dövləti” qrupuna məxsus hədəflərin məhv edildiyini bildirir.

Həmçinin hərbi-hava qüvvələri yaraqlıların mövqelərinə zərbələr endiriblər.

Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi Suriyadakı kürd birləşmələri və digər üsyançı qruplar ayın əvvəllərində sərhəd bölgəsindəki Manbic şəhərini islamçılardan geri alıblar.

Bu şəhər Cerablusun 40 kilometrliyində yerləşir.

Kürd birləşmələrinin sərhədə yaxınlaşmasından ehtiyat edən Ankara Suriya rejiminə qarşı olan “Azad Suriya ordusu” adlı digər üsyançı qrupa kömək etmək qərarına gəlib və hücuma qoşulmaq üçün onları Qaraqamış şəhərinə toplayıb.

***

Türkiyə Suriyadakı «İslam Dövləti» (İŞİD) qruplaşmasının hədəflərinə artilleriya atəşi endirir. «The Times» dərgisinin əməkdaşı Hannah Lucinda Smith İstanbuldan yazır ki, 2 minədək suriyalı üsyançı Türkiyənin dəstəyi ilə Qarqamış şəhərinə toplaşıb, Carablus şəhərinə hücuma hazırdırlar. Carablus Türkiyəylə Suriya arasında İŞİD-in nəzarətində olan sonuncu şəhərdir.

SDF İRƏLİLƏYİR, TÜRKİYƏ NARAHATDIR

Əslində, Türkiyə ordusu bazar ertəsindən cihadçılara artilleriya zərbəsi endirməyə başlamışdı. İŞİD bir gün sonra Qarqamış və Kilisi minaatanlardan atəşə tutub. Qarqamış sakinlərinə şəhərdən çıxmaq əmr olunub.

Carablusun itirilməsi İŞİD-in elan etdiyi xilafətə əsas marşrut xəttinin kəsilməsi deməkdir. Əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDF) koalisiyası da ABŞ təyyarələrinin və xüsusi qüvvələrinin dəstəyi ilə cənubdan Carablusa yaxınlaşmaqdadır. SDF 10 gün öncə İŞİD-i Carablusdan 20 mil cənubda yerləşən Mənbic şəhərindən çıxarıb.

Ankara sərhədi boyunca kürdlərin əlavə ərazi tutmasını əngəlləməyə çalışır və SDF-in irəliləməsini narahatlıqla izləyir. Türkiyə həmçinin, Mənbicdəki kürd mövqelərini hədəfə alır. SDF-in Carablus hücumuna rəhbərlik edən komandiri Abdussatar al-Jadir bazar ertəsi qətlə yetirilib və SDF bunda Türkiyə təhlükəsizlik qüvvələrini suçlayır.

Buna da bax-Türkiyə Suriya ərazisini bombalayır

İSTANBULDA DA REYDLƏR KEÇİRİLİB

BBC xəbər verir ki, Carablusda 70 hədəf artilleriya və raket zərbələri, 12 hədəfsə hava zərbələri ilə vurulub. Sərhəd boyunca tanklar irəliləyir və atəş açır.

Türkiyə ordusundakı mənbə «Reuters» agentliyinə bildirib ki, «əməliyyatın məqsədi sərhəddə təhlükəsizliyi və Suriyanın ərazi bütövlüyünü təmin etmək, eyni zamanda ABŞ-ın İŞİD-ə qarşı koalisiyasını dəstəkləməkdir».

Türkiyənin «Doğan» xəbər agentliyinin yazdığına görə, İstanbulda antiterror polisi İŞİD şübhəlilərinə qarşı reydlərə başlayıb.

BBC diqqəti Türkiyənin ötən ilin noyabrından bəri Suriyaya ilk dəfə zərbə endirməsinə çəkir. Axı Rusiya təyyarəsinin vurulmasıyla pisləşən Moskva-Ankara münasibətləri iyundan bəri düzəlməyə başlayıb.

Bu, həmçinin Türkiyənin Suriyaya ötən ilin fevralından bəri qurudan ilk müdaxiləsidir. O zaman Sultan Süleyman-ın məqbərəsinin yerinin dəyişdirilməsindən ötrü qısa əməliyyat keçirilmişdi.

KÜRDLƏR ÜÇÜN VACİB ADDIM

Türkiyə xüsusi qüvvələri İraqda kürd peşmərgələri ilə birlikdə İŞİD-i Mosuldan çıxarmağa çalışır. İki həftə öncə Türkiyə elan edib ki, cihadçılara qarşı beynəlxalq koalisiyaya altı F-16 qırıcısı göndərir.

Amma Türkiyə YPG-yə Kürdüstan Fəhlə Partiyasının (PKK) bir hissəsi kimi baxır. PKK 1980-ci illərdən bəri muxtariyyət uğrunda mübarizə aparır. YPG-ni Birləşmiş Ştatlar İŞİD-lə mübarizədə dəstəkləyir və qruplaşma Suriyanın şimalında ərazilər ələ keçirir. Avqustun 23-də YPG Suriyanın şimal-şərqindəki Əl-Hasaka şəhərinin böyük hissəsinə nəzarəti ələ alıb. Burada hökumət qüvvələrinin də mövqeləri var.

«The New York Times» yazır ki, Əl-Hasakada nəzarət baxımından əl dəyişən ərazi elə də böyük olmasa da, kürdlərdən ötrü vacib addımdır. Kürd döyüşçülər stadionu, həbsxananı, kiçik hərbi bazaları ələ keçiriblər. Hökumətin əlində isə təhlükəsizlik və nazirlik binalarının yerləşdiyi hissə qalır.

***

Türkiyə Suriyanın sərhəd Carabulus şəhərini İslam Dövləti (İŞİD) yaraqlılarından təmizləməyə başlayıb. Avqustun 24-də səhər tezdən Türkiyə artilleriyası Carabulusa zərbələr endirməyə başlayıb. Daha sonra Türkiyə bombardmançıları şəhərdəki İŞİD hədəflərini vurmağa başlayıb.

Hələlik əməliyyatda Türkiyə, yaxud Türkiyənin dəstəklədiyi Suriya müxalifət qruplarının iştirak etdiyi bəlli deyil.

Bir gün öncə Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu deyib ki, Suriyayla sərhəd ərazilər İŞİD qruplaşmasından “tamamilə təmizlənməlidir”.

Avqustun 20-də isə Qaziantep şəhərində toy məclisində intiharçı partlayışı törədilib, 53 nəfər ölüb, onlarla adam yaralanıb. Hökumət həmin hücuma görə məsuliyyəti İŞİD terror qrupunun daşıdığını bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG