Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 19:09

-

Avqustun 24-də İtaliyanın mərkəzində 6,2 bal gücündə zəlzələ baş verib, azı 38 nəfər həlak olub. Zəlzələnin episentri Akkumoli, Amatris, Posta və Arquata del Tronto şəhərlərinə düşüb.

Yerlə-yeksan olmuş binalar altında xeyli adamın qaldığı bildirilir.

“Şəhərə aparan yollar bağlanıb. Şəhərin yarısı dağılıb, ” Amatrice şəhərinin meri Sergio Pirozzi RAI dövlət televiziyasına bildirib. “Dağıntılar altında qalanlar var. Torpaq sürüşməsi baş verir və bir körpü dağıla bilər”.

Zəlzələnin dağlıq ərazilərə ciddi ziyan vurduğu, bir qayanı yerindən qopduğu bildirilir.

Zəlzələ Roma da hiss olunub. Yeddi il öncə buradakı zəlzələdə 309 nəfər həlak olnmuşdu.

Amma bu dəfəki zəlzələ daha az insanın yaşadığı ərazidə baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG