Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:25

-

Rusiya deyir ki, ABŞ-ın Al-Qaeda ekstremist təşkilatının Suriya qanadına qarşı mübarizəyə könülsüz yanaşması bu ölkədə əməkdaşlıq üzrə razılaşmanı əngəlləyir. Rusiyanın Xarici İşlər Nazirliyi avqustun 23-də bildirib ki, ABŞ-ın Al-Nusra Cəbhəsinə qarşı hərəkətə keçməməsi “Suriyada yeni terror yırtıcısının peyda olması” riskini yaradır. Al-Nusra bu yaxınlarda Jabhat Fateh al-Sham adını alıb.

Rusiyanın bu ittihamlarından bir gün öncə ABŞ Dövlət katibi John Kerry bildirib ki, Suriyada əməkdaşlıq yolları üzrə ABŞ-Rusiya danışıqları sona çatmaqdadır.

Nusra Rusiyanın dəstəklədiyi Suriya rejiminə qarşı ən yaxşı savaşan üsyançı qruplardandır, onun ABŞ-ın dəstəklədiyi digər üsyançılarla əlaqələri var.

“Vaşinqton al-Nusra Cəbhəsinin terrorçu təşkilat olması fikriylə razıdır. Amma ona ABŞ koalisiyası tərəfindən zərbələr endirilmir”, Rusiya ordusu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG