Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 03:48

Rusiya, Almaniya və Fransa liderləri Ukrayna münaqişəsini müzakirə edəcəklər


Angela Merkel ,Vladimir Putin və Francois Hollande

Angela Merkel ,Vladimir Putin və Francois Hollande

Rusiya, Almaniya və Fransa liderləri 20-lər ölkələrinin sammiti çərçivəsində Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcəklər.

Bu barədə avqustun 23-də Kreml məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francios Hollande avqustun 23-də telefonla Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.

Liderlər 20-lər ölkələrinin sentyabrın 4-5-də Çində keçiriləcək sammiti çərçivəsində görüşmək razılığına gəliblər.

Qeyd edək ki, son günlər Ukraynanın şərqi və Krım ətrafında vəziyyətin gərginləşdiyi müşahidə olunur.

Moskva Kiyevi Krımda diversiyaya cəhddə günahlandırır.

Kiyev ittihamı rədd edir.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG