Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

Türkiyə polisi Suriya sərhədindəki Qaraqamış şəhərindən çıxmağa çağırıb


Foto arxiv

Foto arxiv

Türkiyə polisi Suriya sərhədində yerləşən Qaraqamış sakinlərini şəhəri tərk etməyə çağırıb.

Şəhər avqustun 23-də minaatanlardan atəşə tutulub.

Öz növbəsində Türkiyə ordusu “İslam Dövləti” qrupunun Suriyanın şimalındakı mövqelərini cavab atəşinə tutub.

Bu barədə CNN Türk xəbər verir.

Türkiyə ordusu həmçinin Suriya üsyançılarının mövqeini möhkəmləndirmək üçün “İslam Dövləti” yaraqlılarının Carabulus şəhərindəki mövqelərini atəşə tutub.

Türkiyə ərazisinə toplaşan üsyançı qüvvələr Carabulusa keçməyə hazır olduqlarını deyirlər.

Qeyd edək ki, Türkiyə hakimiyyəti bundan bir gün əvvəl-avqustun 22-də Suriya sərhədinin “İslam Dövləti” qrupu yaraqlılarından tam təmizlənəcəyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG