Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 21:24

-

Avqustun 23-ü Göyçay rayonunda toyda 30-dan çox qonağın qidadan zəhərləndiyi bildirilir.

APA-nın xəbərinə görə,hadisə axşam saat 18:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb. Toy mərasimində meyvə şirəsi içən qonaqlardan bəzilərinin halı pisləşib və 30-dan çox adam zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına və Qaraməryəm kənd xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Xəstələrdən bir neçəsinin vəziyyətinin ağır olduğundan reanimasiya yerləşdirildikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG