Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:19

ABŞ-ın vitse-prezidenti Joe Biden Baltik ölkələrini əmin edib ki, Vaşinqton NATO çərçivəsində müttəfiqlərinin müdafiəsinə sadiq qalacaq.

O, belə bir bəyanatla avqustun 23-də Riqada çıxış edib.

Biden Estoniya, Latviya və Litvanı, Respublikaçılar partiyasından namizəd Donald Trumpun bəyanatını ciddi qəbul etməməyə çağırıb.

Trump bu yaxınlarda bildirib ki, əgər prezident seçilsə NATO ölkələrinin müdafiəsi ilə bağlı öhtəlikdən imtina edə bilər.

NATO ölkələri iyulda Baltik ölkələri və Polşanın şərqində hava və dəniz patrulunu gücləndirmək qərarına gəliblər.

Bidenin səfəri Molotov-Ribbentrop paktının 77-ci ildönümünə təsadüf edir.

1939-cu il avqustun 23-də keçmiş SSSR və Almaniya arasında imzalanmış bu sənədə əsasən Sovet İttifaqı 1940-cı ildə Latviya, Litva və Estoniyanı işğal edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG