Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:19

►Ekspert: “Nazirlik yüksək gəlirlilik istəyənlərə satmayıb”

Bu gün – avqustun 23-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarını yerləşdirməsi baş tutub.

Hərraca tədavül müddəti 364 günlük və 182 günlük (hər biri üzrə 10 milyon manatlıq) istiqrazlar çıxarılıb. Hər iki hərracda tam reallaşma baş verməyib.

364 günlükdə 5 milyon 473 min 400 manatlıq, 182 günlükdə isə 7 milyon 320 min 200 manatlıq istiqrazların nominal qiyməti üzrə reallaşma olub.

“Müddətlər fərqli olsa da, gəlirlilik bərabərləşib”

Hərracın nəticələrini AzadlıqRadiosuna şərh edən maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, dövlət və Mərkəzi Bankın (MB-nin) borclanmasında maraqlı nəticə alınıb:

“MB-nin son hərracda cəlb etdiyi 30 günlük depozitin gəlirliliyi - 9.49%, Maliyyə Nazırliyinin cəlb etdiyi 182 günlük istiqrazların gəlirliliyi- 9.25%, yenə 364 günlük istiqrazların gəlirliliyi- 9.52%-dir. Müddətlər fərqli olsa da, gəlirlilik bərabərləşib. Amma heç bir alət üzrə nəzərdə tutulan həcmdə yerləşdirmə olmayıb”.

Ekspertə görə, dövlət uçot dərəcəsindən (9.5%) borclanmaq niyyətindədir: “İstiqrazlara sifariş çox gəlib. Ancaq Maliyyə Nazirliyi yüksək gəlirlilik istəyənlərə satmayıb”.

Bu ilin yanvarında maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin kəsrini örtmək üçün istiqraz buraxılacağını, dollar istiqrazlarına 3%, manat istiqrazlarına isə 10-12%-dən yuxarı gəlir təklif edəcəklərini bildirmişdi.

İstiqraz - borc qiymətli kağızlardır. İstiqrazı alan və ya borcalan (dövlət/ şirkət) investora müəyyən olunmuş vaxt çərçivəsində “kupon” adlandırılan faiz və “nominal məbləğ” adlandırılan əsas borcun məbləğini ödəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG