Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

-

“Azadlıq ” qəzetinin maliyyə redaktoru, Azərbaycan xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli avqustun 23-də Nərimanov Rayon Polis İdarəsindən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə Azadlıq.info saytına onun vəkili Aqil Layıcov məlumat verib.

Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fetullah Gülen-in tərəfdarlarının“Hizmet” Hərəkatının imamı kimi təqdim edir.

AXCP isə onun həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG