Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:12

Gürcüstanda üç Azərbaycan yazarının kitabı çap olunub


Azərbaycan yazıçısı Məhərrəm Qasımlının gürcücə kitabı.

Azərbaycan yazıçısı Məhərrəm Qasımlının gürcücə kitabı.

-

Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə azərbaycanlı yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, tanınmış alim Məhərrəm Qasımlının (Orxan Paşa) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq Şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı gürcü dilində çap olunub. Bu haqda "AZƏRTAC" xəbər verir.

Cəlil Məmmədquluzadənin gürcü dilində çap olunmuş kitabı.

Cəlil Məmmədquluzadənin gürcü dilində çap olunmuş kitabı.

Tbilisidəki “Universal” nəşriyyatında işıq üzü görən kitabların gürcü dilinə tərcümə olunmasında və nəşrində Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Məmmədoğlunun təşəbbüsü ilə başa gəlib.

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya gürcü dilinə tərcümə etmişdir.

M.Qasımlının “Yağmur qoxusu” kitabında müxtəlif illərdə yazdığı müxtəlif mövzulu şeirləri yer alıb. Şeirlərin sətri tərcüməsi M.Məmmədoğluna, bədii tərcüməsi isə istedadlı gürcü şairi Avtio Çxaidzeyə məxsusdur.

S.Rüstəmxanlının “Ölüm zirvəsi” romanını isə gürcü dilinə tanınmış yazıçı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG