Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:43

-

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli avqustun 23-də ABŞ səfirliyinin siyasi müşavirləri Vilyam Solli və Süzan Çelsi ilə görüşüb.

Görüşdə referendum ərəfəsində ölkədəki durumun, “dini ekstremizmə qarşı mübarizə” adı altında müxalifətə və vətəndaş cəmiyyətinə hücumların müzakirə edildiyi bildirilir.

Bu haqda Cəmil Həsənli özü Turan İnformasiya Agentliyinə danışıb.

C.Həsənli sentyabrın 26-da referenduma çıxarılacaq dəyişikliklərin ictimai müzakirələrə çıxarılmadığını, antikonstitusion xarakter daşıdığını deyib.

O, ABŞ Dövlət Departamenti nümayəndəsinin referendumla bağlı bəyanatını alqışlayıb. Həmin bəyanatda layihənin rəy almaq məqsədi ilə Avropa Şurasının Venesiya Komisiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinə göndərilməsi tövsiyə edilirdi.

Görüşdə ötən il noyabrın 26-da baş verən Nardaran hadisələri ətrafında vəziyyətin də müzakirə edildiyi bildirilir. Milli Şuranın rəhbərinin deməsinə görə, qeyd edib ki, bu qəsəbədə böhranlı vəziyyət hakimiyyətin, ilk növbədə Daxili İşlər Nazirliyinin düşünülməmiş və təxribat hərəkətlərinin nəticəsidir.

“Bütün bunlarda məqsəd elə təəssürat yaratmaqdır ki, guya söhbət dini radikallar tərəfindən hakimiyyətin zorla ələ keçirilməsi cəhdindən gedir. Lakin bu yaxınlarda başlanan məhkəmə aydın şəkildə göstərdi ki, dinc dindarlara qarşı əsassız polis zorakılığı baş verib. “Speznaz” qüvvələri qəsəbəyə hücum edəndə və atışma zamanı özlərinin iki əməkdaşını güllələyiblər və bunda dindarları ittiham ediblər. Bundan əlavə, istintaq zamanı dindarlara işgəncə veriblər, onlardan öz elehlərinə “etirafedici” ifadələr alıblar. Taleh Bağırova işğəncə verib, guya hakimiyyətin ələ keçirilməsi cəhdinin arxasında Milli Şuranın, əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin durması barədə ifadə almağa cəhd göstəriblər”, C.Həsənli bildirib.

Buna da bax: Referenduma hansı məsələlər çıxarılacaq?

O, əlavə edib ki, hazırda hakimiyyət yeni dini kartdan istifadə edərək AXCP liderini gözdən salmağa çalışır, onunla din xadimi Fətullah Gülənin tərəfdarları arasında mövcud olmayan əlaqələri axtarır.

Görüşdə AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsi, “Azadlıq” qəzetinə təzyiqlər də diqqət mərkəzində olub.

Daxili İşlər Nazirliyinin əməkdaşları isə məhkəmədə ifadə verərkən polisləri onların öldürməsi ilə bağlı dindarların iddialarını yalanlayıblar. Onlar bildiriblər ki, əməliyyat zamanı müqavimət göstərməyən heç bir dindara fiziki zorakılıq tədbiq edilməyib. Dindarlardan işgəncə yolu ilə ifadə alınması da, rəsmən təsdiqlənmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG