Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:45

►Pərakəndə ticarət dövriyyəsində kitabın çəkisi 0.10%, corabınkı isə 0.32%-dir

2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 25 milyard 721,1 milyon manat olub.

Bu, bir il öncəylə müqayisədə 5.4% çoxdur. Ötən il ərzaq məhsullarının istehlakı 2014-cü ilə baxanda 1 milyard 489 milyon manat artıb.

KONYAKLA ŞƏRABA DAHA AZ PUL

İçkilərin dövriyyəsində araq və pivə artsa da, konyak və şərab azalıb (rəqəmlər ötən ilə aiddir, mötərizədə bir il öncənin statistikası göstərilib):

Araq və araq məmulatları: 126 milyon 410,7 min (2014 - 122 milyon 701,9 min manat)

Konyak: 9 milyon 388,4 min manat (2014 - 10 milyon 288,3 min manat)

Şərab: 23 milyon 557 min manat (2014 - 24 milyon 65 min manat)

Pivə: 134 milyon 951,8 min manat (2014 – 93 milyon958,9 min manat)

İl ərzində vətəndaşlar kitaba 26 milyon 904 min manat, coraba isə 83 milyon 250 min manat xərcləyib. Bundan başqa, qəzet və jurnallara 30 milyon 108.6 min manat sərf olunub. Pərakəndə ticarət dövriyyəsində kitabın çəkisi 0.10%, corabınkı isə 0.32%-dir.

GEYİM-KECİM XƏRCLƏRİ

Xərclər göstərir ki, vətəndaşlar ötən il bəzənib – düzənməyə xüsusi diqqət ayırıb (rəqəmlər ötən ilə aiddir, mötərizədə bir il öncənin statistikası göstərilib):

Ayaqqabılar: 652 milyon 11,1 min manat (2014 -579 milyon 709,6 manat);

Xəz və xəz məmulatları: 19 milyon 491,7 min manat (2014 - 17 milyon 164,8 min manat);

Baş geyimləri: 14 milyon 201,1 min manat (2014-11 milyon 593,6 min manat);

Zərgərlik məmulatları: 226 milyon 643,4 min manat (2014 - 167 milyon 931,1 min manat)

Kosmetika məmulatı və tualet ləvazimatları: 384 milyon 349,9 min manat(2014: 333 milyon 279,5 manat);

Saatlar: 4 milyon 359,8 min manat(2014 - 3 milyon 902,9 min manat)

Şərhləri göstər

XS
SM
MD
LG