Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:18

İran parlamentinin sədri Ali Larijani bəyan edib ki, Rusiya Suriyadakı mövqeləri vurmaq üçün İran bazasından istifadə etməkdə davam edir.

İran xarici işlər nazirliyinin sözçüsü bundan əvvəl Rusiya təyyarələrinin Həmədan bazasından istifadə etməsinin dayandırıldığını demişdi.

Larijani isə avqustun 23-də parlamentdə çıxış edərkən Rusiyanın bu bazadan hələ də istifadə etdiyini və Tehranla Moskvanın terrorçuluqla mübarizədə bir olduqlarını deyib.

İran KİV-ləri Larijaniya istinadla yazır ki, Tehran Həmədan bazasını Rusiyaya verməyib, Rusiya təyyarələri sadəcə bu bazadan yanacaq doldurma üçün istifadə edirlər.

ABŞ Dövlət departamenti isə avqustun 22-də Rusiyanın bu bazadan istifadə etməsinin dayandırılması barədə dəqiq məlumatı olmadığını bəyan edib.

Qeyd edək ki, İranla Rusiya Suriya müharibəsində prezident Bashar Assad rejiminin tərəfini saxlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG