Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:24

Türkiyə Avstriya ilə münasibətləri nəzərdən keçirmək üçün bu ölkədəki səfirini geri çağırıb.

Buna səbəb Vyanata PKK-ya dəstək aksiyasına icazə verilməsi olub.

Bunu Türkiyənin xarici işlər naziri Mevlut Cavucoglu avqustun 22-i axşam saatlarında moldovalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

O bunun, ikitərəfli münasibətlərə xələl gətirdiyini və həmçinin Avstriya səfirinin buna görə nazirliyə çağırıldığını deyib.

Qeyd edək ki, Türkiyə, Avropa Birliyi və ABŞ PKK-nı terrorçu təşkilat hesab edirlər.

Avstriya, 15 iyul qiyamının təşkilində ittiham olunan Fətullah Gülen tərəfdarlarının təqibinə görə prezident Racep Tayyip Erdoganın sərt tənqidçilərindən biridir.

Avstriya kansleri Christian Kern Erdoganı demokratik standartlara məhəl qoymamaqda günahlandırır və hesab edir ki, Avropa Birliyi Türkiyə ilə üzvlük danışıqlarını dayandırmalıdır.

XS
SM
MD
LG